Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb.


ARHD.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.


Səfirliyin məlumatında vurğulanır ki, dostluq qrupu 8 Noyabr - Zəfər Günündə Avstraliya Federal Parlamentində rəsmən təsis edilib.


Bildirilir ki, Sağlamlıq, yaşlılar və əlillik üzrə daimi komitənin sədri Mayk Frilender (Əmək Partiyası) və Ticarət və investisiya üzrə birgə daimi komitənin sədr müavini Rik Uilson (Liberal Partiya) parlamentlərarası dostluq qrupunun Avstraliya tərəfdən həmsədrləridirlər.


Qrupa yüksəkvəzifəli rəhbərlər, o cümlədən Senatın sədri Syu Layns, Nümayəndələr Palatasının spikeri Milton Dik və digər parlamentarilər daxildirlər.


 

Baxış sayı: 2 895

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə