Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
ARHD.AZ President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslərin təltif edilməsi qərara alınıb:
"Azərbaycanın Milli Qəhrəmanı" adı ilə
Qurbanov Vaqif Bəxtiyar oğlu - baş leytenant (ölümündən sonra)
"Azərbaycan Bayrağı" ordeni ilə
Quliyev Akif Bayram oğlu - ehtiyatda olan baş gizir
"İgidliyə görə" medalı ilə
Binyətov Gülbudağ Əli oğlu - ehtiyatda olan polkovnik-leytenant
Əliyev Bəşir İman oğlu - ehtiyatda olan mayor
Cəlilov Elman Səyyad oğlu - ehtiyatda olan kapitan
Şalbuzov Tofik Şıxbala oğlu - ehtiyatda olan baş gizir.
Qeyd edək ki, Qurbanov Vaqif Bəxtiyar oğlu Azərbaycanın ilk hərbi pilotudur.





















