Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunub.


ARHD.AZ  "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət kapitanı Yaşar Şükürlü təyin edilib.


Qeyd edək ki, bir neçə ay əvvəl Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini, daxili xidmət polkovniki Elvin Xanlar oğlu Mehdiyev vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.


Elvin Mehdiyev 2024-cü ilin iyul ayında Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunmuşdu. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.

Baxış sayı: 3 277

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə