Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İslam Rzayevlə iyunun 20-də həbs edilən Qax rayonunun sabiq icra başçısı Musa Şəkiliyevin biznes əlaqələri üzə çıxıb.


ARHD.AZ  Metbuat.az-a istinadən xəbər verir ki, İslam Rzayev Balakənə, Musa Şəkiliyev Qaxa rəhbərlik etdiyi dövrdə onların yaxşı münasibəti olub. İki rayon arasında məsafə yaxın olduğu üçün icra başçıları tez-tez görüşüb biznes layihələrini müzakirə edirmişlər.


Məlumatlara görə, bu görüşlərin nəticəsi olaraq ortaya böyük fermer təsərrüfatı çıxıb. İslam Rzayevlə Musa Şəkiliyevin bir neçə qoyun sürüsünə sahib olduğu bildirilir. Şərikli təsərrüfatda 15 min başdan çox xırdabuynuzlu heyvanın olduğu deyilir.


Məlumatlarda o da qeyd edilir ki, icra başçılarına məxsus sürülər yaz-yay aylarında Qaxda, payız-qış mövsümündə isə Balakəndə bəslənilir. Təsərrüfat sahibləri Balakəndən qışlaq, Qaxdan isə yaylaq kimi istifadə edirlər.

Baxış sayı: 3 759

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə