"Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir".


Bu barərə  ARHD.AZ -ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən (MN) bildirilib.


Qeyd edilib ki, tədbirlər çərçivəsində bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının "əsgər kartı" ilə təmin olunması planlı şəkildə yerinə yetirilib:


"Bununla da əsgərlərin aylıq məvaciblərini vaxtında, rahat və şəffaf şəkildə əldə etmələrinə nail olunub".


13:32


Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.


ARHD.AZ  Modern.az-a istinadən xəbər verir ki, bunun üçün "əsgər kartları" hazırlanıb.


Qeyd olunur ki, artıq "əsgər kartları"nın hərbi qulluqçulara paylanmasına başlanılıb.


Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, "əsgər kartları" şəffaflığın təmini üçün tətbiq edilir:


"Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları "əsgər kartı" vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq".

Baxış sayı: 2 684

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə