"Azərbaycana səfərimiz çərçivəsində Xocalıda ermənilər tərəfindən qətlə yetirilən, soyqırımına məruz qalan şəhidlərimizin qəbrini ziyarət etdim. Soyqırımını törədən erməniləri qınayır və lənətləyirəm".


ARHD.AZ  xəbər verir ki, bunu Türkiyənin hakim Cümhur İttifaqında təmsil olunan Böyük Birlik Partiyasının sədri Mustafa Destici Bakıya səfəri çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.


O bildirib ki, Böyük Birlik Partiyası Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsini dəstəkləyir:


"Münasibətlərimiz bundan sonra daha da inkişaf edəcək. Partiyamız yarandığı gündən etibarən hər zaman Azərbaycan türklərinin yanında olub. Ulu öndər Heydər Əliyevin "İki dövlət bir millət" sözü hamımız üçün yol xəritəsidir. Hər iki ölkənin hazırkı dövlət başçıları - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da bu şüarla hərəkət edirlər".


Sədr Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəklərini bildirib:


"Bundan sonra isə səfərimiz yekunlaşacaq və Türkiyəyə qayıdacağıq".


 

Baxış sayı: 3 165

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə