Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı üç nəfər saxlanılıb.


ARHD.AZ  Lent.az-a istinadla xəbər verir ki, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.


Qeyd olunub ki, icra başçısının müavini Nadir Muradov və Təsərrüfat şöbəsində baş məsləhətçi-mühəndis vəzifəsində çalışan Qafar Abdullayev barəsində 4 aylıq həbs qərarı çıxarılıb.


Bundan başqa, İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin digər əməkdaşının da saxlanıldığı bildirilir.


01 noyabr, 22:30


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.


ARHD.AZ  "Unikal"a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Nadir Yədulla oğlu Muradov saxlanılıb.


Onun hansı səbəbdən saxlanması hələlik açıqlanmayıb.


N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri ilə bağlı qərar verilib.

Baxış sayı: 3 905

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə