21-22 oktyabr tarixlərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.


ARHD.AZ xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin yayımladığı bəyanatda qeyd olunub.


Məlumata görə, tədbir zamanı Vaşinqtonda avqustun 8-də keçirilmiş görüşdən sonra formalaşan sülh gündəliyi, iki xalq arasında etimadın möhkəmləndirilməsi, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı və vətəndaş cəmiyyətləri arasında davamlı dialoqun qurulması məsələləri müzakirə olunacaq.


Bildirilib ki, tədbirin məqsədi regionda dayanıqlı sülh və qarşılıqlı anlaşmaya töhfə verəcək uzunmüddətli əməkdaşlıq platformasının yaradılmasıdır.

Baxış sayı: 2 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə