"Haber Global" Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri ilə bağlı videosüjet hazırlayıb.


ARHD.AZ -ın xəbərinə görə, süjetdə Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərə diqqət yönəldilib.


Videoda iki ölkə liderlərinin bəyanatlarına yer verilib və ikitərəfli münasibətlərin inkişaf perspektivləri qiymətləndirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidentinin güclü liderlik keyfiyyətlərini yüksək qiymətləndirməsi xüsusi vurğulanıb.


Həmçinin görüş zamanı liderlər arasında baş tutan 8 avqust Vaşinqton Konsensusunun müzakirəsinə də toxunulub.


"Azərbaycan lideri Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna kimi açıla biləcəyini nəzərə çatdırdı", - deyə videoda bildirilib.


Bundan əlavə, İlham Əliyev və Kasım-Jomart Tokayevin birlikdə qatıldıqları "Orta dəhlizin inkişafı" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) adlı birgə layihənin təqdimatı da önə çıxarılan mövzulardan olub.


Daha ətraflı videosüjetdə:

Baxış sayı: 3 427

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə