Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə “Birlik-2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Səmərqəndə səfər edib. 


“ARHD.AZ” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.


Səmərqənd şəhərində general-polkovnik Z.Həsənov özbəkistanlı həmkarı ilə görüşüb. 


Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.


Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.


 

Baxış sayı: 3 433

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə