Bir neçə ölkə Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətindədir.


“ARHD.AZ” xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Nazirliyinin adı açıqlanmayan yüksəkvəzifəli nümayəndəsinə və keçmiş müdafiə rəsmisinə istinadən “Politico” yayıb.


Bildirilib ki, sözügedən qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələr Azərbaycan, İndoneziya və Pakistandır.


Məlumata görə, hazırda sabitlik qüvvələrinin tərkibi ilə bağlı danışıqlar davam etdirilsə də, heç bir ölkə üzərinə hər hansı öhdəlik götürməyib. Bununla belə, Azərbaycan, İndoneziya və Pakistanın məsələyə ən çox maraq göstərən ölkələr olduğu vurğulanıb.


Nəşr yazır ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada sülhün bərqərar olmasına dair 20 maddəlik sülh planında bildirilir ki, bu ölkə müvəqqəti sabitlik qüvvələrinin yerləşdirilməsi ilə bağlı ərəb və digər tərəfdaşlarla əməkdaşlıq edəcək. Həmin qüvvələr isə Fələstinin polis dəstələrinə təlim keçəcək.


Ümumilikdə bu qüvvələrin yerləşdirilməsi üçün aylar tələb olunacağı qeyd edilib.

Baxış sayı: 2 877

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə