Böyük Britaniya və Kanada Avropa İttifaqının (Aİ) Ukraynanın maliyyələşdirilməsi üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək planına qoşulacaqlar.


ARHD.AZ  xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.


Bildirilir ki, Avropa ölkələri Rusiya aktivlərinin müsadirəsi mexanizmi ilə bağlı kompromisə yaxındırlar. Agentlik xatırladıb ki, daha əvvəl Böyük Britaniyada Rusiyanın 33 milyard dollarlıq aktivləri dondurulub. Lakin Kanadanın yurisdiksiyasında nə qədər dondurulmuş aktivin olduğu açıqlanmayıb.


Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 30-da bildirib ki, Ukrayna üçün "təzminat krediti"nin bir qismi Rusiyanın Avropada dondurulmuş suveren aktivləri hesabına Avropa istehsalçılarından silah alınmasına sərf ediləcək.


Oktyabrın 2-də Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, üç həftədən sonra Rusiyanın dondurulmuş aktivləri ilə bağlı "konkret qərar" gözləyir. Onun sözlərinə görə, Avropa liderləri arasında Rusiya aktivlərinin Ukraynaya yardıma yönləndirilməsi məsələsi ilə bağlı böyük razılaşma var.

Baxış sayı: 3 838

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə