Vaşinqton, 18 avqust , ARHD.AZ




Ağ Evdə Trampla Zelenski arasında görüş başa çatıb 


ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş başa çatıb.

ARHD.AZ-ın məlumatına görə, ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubbun iştirakı ilə birgə foto çəkdirilib. Daha sonra tərəflər arasında geniş tərkibli görüş olacaq.


21:28


Ağ Evdə ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Zelenski arasında ikitərəfli görüş keçirilir.

ARHD.AZ-ın məlumatına görə, görüşdə vitse-prezident Ceyms Devid Vens, xüsusi elçi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio da iştirak edir.

Qeyd edək ki, liderlər ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubbun iştirakı ilə geniş formatda görüş olacaq.

Xatırladaq ki, avqustun 15-də Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

21:21

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və Avropa liderləri ilə görüşmək üçün Ağ Evə gəlib. ARHD.AZ-ın məlumatına görə, Donald Tramp Ağ Evin qarşısında onu qarşılayıb. Daha sonra tərəflər görüş üçün içəri keçiblər. Qeyd edək ki, liderlər ikitərəfli görüşdən sonra NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubbun iştirakı ilə geniş formatda görüş olacaq.

Qeyd edək ki, ötən həftə avqustun 15-də Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.


Baxış sayı: 7 658

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə