Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün "uzun yol" keçmək lazımdır.

Bu barədə ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem NBC telekanalının efirində bildirib.

"Siz Livandakı "Hizbullah" və Yəməndəki husilərlə məsələni həll etməyincə, Yaxın Şərqdə heç vaxt sülh olmayacaq, çünki onlar İranın proksi qüvvələridir", - deyə Qrem bəyan edib.

Eyni zamanda, o, İsrail və HƏMAS arasında sülh sazişini alqışlayıb. Senator bunun davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib.

Baxış sayı: 1 764

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə