22 mart 2025  ARHD.AZ

İsrail Livandakı “Hizbullah” hədəflərinə raket zərbələri endirməyə başlayıb


İsrail səhər saatlarında Livandan 3 raket atılmasına cavab olaraq “Hizbullah”ın hədəflərinə ardıcıl zərbələr endirməyə başlayıb.

“ARHD.AZ” “Al Arabia”ya istinadən xəbər verir ki, İsrailin Baş naziri Bimyamin Netanyahu və müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinə Livanda onlarla hədəfə qarşı qətiyyətli addımlar atmağı tapşırıb.

“Bu səhər İsrailə atılan raketlərə cavab olaraq baş nazir və müdafiə naziri Livandakı terrorçuların hədəflərinə zərbələr endirmək əmri verib”, - məlumatda bildirilir.

Netanyahunun bəyanatından az sonra İsrail ordusu Livanın cənubundakı “Hizbullah” mövqelərinə hücumların başladığını bildirib.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu 2024-cü ilin noyabrından bəri ölkənin şimal bölgələrinə ilk dəfə raket hücumu olduğunu açıqlamışdı. Livan ərazisindən atılan azı üç raket hava hücumundan müdafiə sistemləri sayəsində ələ keçirilərək məhv edilmişdi. Müdafiə naziri İsrael Kats başverənlərə görə məsuliyyətin Livan hökumətində olduğunu bildirmiş və orduya cavab tədbirləri görməyə göstəriş vermişdi.

Baxış sayı: 5 583

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə