Türkiyə və ABŞ prezidentləri qlobal məsələləri müzakirə ediblər

İstanbul, 3 oktyabr, ARHD.AZ




Türkiyə və ABŞ prezidentləri qlobal məsələləri müzakirə ediblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

ARHD.AZ xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan ABŞ səfərinin münasibətləri gücləndirdiyini, müdafiə sənayesi başda olmaqla, bütün sahələrdə əməkdaşlığı möhkəmləndirən addımların mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyə Prezident ölkəsinin başda İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə sülhün təmin olunması üçün səylər göstərdiyini və bu məqsəd istiqamətində təşəbbüsləri məmnuniyyətlə qarşıladığını deyib. Rəcəb Tayyib Ərdoğan ölkəsinin sülh naminə diplomatik təmaslarını sürətləndirdiyini və qlobal sülh baxışına töhfə verməyə davam edəcəyini diqqətə çatdırıb.

Baxış sayı: 5 684

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə