Bakı, 22 sentyabr, ARHD.AZ




Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb


Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan ARHD.AZ-a bildirilib ki, Günəş fəallığı zəifləyib. Həftə ərzində əsasən C sinifli alışmalar olub. Günəşin səthində ləkələrin sayı artıb.

Günəş küləyinin maksimal sürəti 872 saniyədə kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır.

Sentyabrın 22-dən 28-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faizdir təşkil edir.

Günəş küləyi sürətinin mənfi qütblü tac dəliklərinin axınlarının geoeffektiv olması nəticəsində gün ərzində artacağı, sonra isə normala dönəcəyi gözlənilir.

Geomaqnit sahəsinin mənfi qütblü tac dəliyi axınlarının təsiri ilə bu gün G1 (zəif geomaqnit qasırğası) səviyyəsinə yüksəlməsi ehtimalı var. Sonrakı günlərdə isə əsasən sakit səviyyələrin müşahidə olunacağı gözlənilir.

Baxış sayı: 7 708

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə