Zaqatala, 18 sentyabr, ARHD.AZ





Bu il “Azərtütün”ün emal məntəqələrinə 11,5 min tondan çox yaş tütün verilib


“Azərtütün” ASC ilə müqaviləsi olan respublikanın şimal-qərb rayonlarının tütünçülük təsərrüfatlarında yaş tütün yarpağının yığımı davam edir. Mövsümün əvvəlindən indiyədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 11 min 570 ton yaş tütün daxil olub.

Bu barədə ARHD.AZ-ın bölgə müxbirinə “Azərtütün” ASC-dən məlumat verilib.

Bildirilib ki, builki mövsümdə cəmiyyət tərəfindən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 868,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 446 hektarı şirkətin özünə, 422,7 hektarı isə fermerlərə məxsus sahələrdir. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanıb.

Bu günədək emal məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 5636 ton, Zaqatala rayonu üzrə 3090 ton, Qax rayonu üzrə 1791 ton, Balakən rayonu üzrə 882 ton, Oğuz rayonu üzrə isə 171 ton yaş tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaş tütündən 1459 ton quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Hazırda bu rayonlardakı tütün istehsalı və emalı məntəqələrində, ümumilikdə, 262 tütünqurutma kamerası var. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur.

Baxış sayı: 4 685

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə