Azərbaycanın müdafiə naziri Vyetnamda görüşlər keçirəcək

Bakı, 2 sentyabr, ARHD.AZ





Azərbaycanın müdafiə naziri Vyetnamda görüşlər keçirəcək


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasında rəsmi səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, sentyabrın 2-də general-polkovnik Z.Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnamın Milli Günü münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib.

Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın iştirakı ilə Hanoy şəhərində yerləşən “Ba Dinh” Meydanında keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda tarixi mübarizəsi xatırlanıb, xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə etdiyi nailiyyətlər vurğulanıb.

Mərasim çərçivəsində rəsmi çıxışlar, ədəbi-bədii kompozisiyalar, hərbi orkestrin ifası və müxtəlif mədəniyyət proqramları təqdim olunub, əlamətdar günə həsr edilmiş hərbi parad keçirilib.

Səfər çərçivəsində müdafiə nazirinin Vyetnamın dövlət başçısı və hərbi rəhbərliyi ilə görüşləri planlaşdırılır.

Baxış sayı: 5 699

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə