“Spiegel”: Almaniya 1990-cı illərdə Rusiyanın NATO-ya daxil olmasına qarşı çıxıb

Bakı, 25 avqust, ARHD.AZ





“Spiegel”: Almaniya 1990-cı illərdə Rusiyanın NATO-ya daxil olmasına qarşı çıxıb


Rusiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsi 1990-cı illərdə fəal müzakirə olunurdu, lakin bu ideya Avropa ölkələrinin, xüsusən də Almaniyanın kəskin etirazı ilə qarşılandı.

ARHD.AZ xəbər verir ki, bu məlumatı Almaniyanın “Spiegel” nəşri 1994-cü ilin məxfi sənədlərinə istinadla yayıb.

Qeyd olunur ki, ABŞ-ın prezidenti Bill Klinton Rusiyanı alyansa qəbul etməyə ciddi sadiq idi və bu məsələni o zaman Rusiya dövlətinin başçısı olmuş Boris Yeltsinlə müzakirə edib.

“ABŞ prezidenti həm də avropalı müttəfiqlərinin sərt müqaviməti ilə üzləşib. Söhbət Rusiyanın NATO-ya üzvlüyü məsələsinə gələndə Almaniya hökuməti qətiyyətlə çıxış edirdi”, - məlumatda deyilir.

Baxış sayı: 6 797

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə