Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 7 faizdən çox artıb

Bakı, 15 avqust, ARHD.AZ




Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 7 faizdən çox artıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 2082,8 milyon manat təşkil edib.

ARHD.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.

Göstərilən xidmətlərin 73,1 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 702,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Baxış sayı: 7 661

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə