Bakı, 4 avqust, ARHD.AZ



DİM: Qabiliyyət imtahanı vermək üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib


Bu gün idman istiqamətinə aid 61 (məşqçilik) komissiya üzrə ixtisas imtahanları keçirilir. İmtahanlarda 1032 abituriyentin (subbakalavrın) iştirakı nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzindən ARHD.AZ-a bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlarda iştirak etmək üçün ümumilikdə 37 mindən çox abituriyent (subbakalavr) qeydiyyatdan keçib. İmtahanlar iyunun 20-də başlanıb və avqustun 11-də yekunlaşacaq.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumat Mərkəzin saytında yerləşdirilib.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.

Baxış sayı: 6 584

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə