Bakı, 30 iyul, ARHD.AZ




Bakı-Ələt-Qazax yolunun 27-ci kilometrliyində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq


Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Bakı-Ələt-Qazax yolunun 27-ci kilometrliyində təmir işləri ilə bağlı sürücüləri xəbərdar edib.

BDYPİ-nin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, Bakı-Ələt-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 27-ci kilometrliyində yerləşən dəmir yol körpüsündə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar avqustun 1-i saat 08:00-dan avqustun 24-ü saat 08:00-dək nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamət üzrə mərhələli şəkildə qismən məhdudlaşdırılacaq.

BDYPİ sürücülərdən hərəkətin təşkilində olunacaq dəyişikliklərin nəzərə alınmasını, qeyd edilən yol sahəsində xüsusilə diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl edilməsini və təhlükəsizliyin təmin olunmasını xahiş edib.

Baxış sayı: 7 661

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə