Astana, 5 iyul, ARHD.AZ




Qazaxıstan mediası Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb


Qazaxıstan mediası Baş nazir Oljas Bektenovun İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndi şəhərinə səfərini geniş işıqlandırıb.

ARHD.AZ -ın məlumatına görə, Qazaxıstanın Inform.kz, Kazlenta.kz, Kapital.kz, Ortcom.kz və Dknews.kz kimi informasiya resursları qeyd edir ki, sammit çərçivəsində ECO-ya üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusi diqqət nəqliyyat və logistika, energetika, iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya və digər sahələrdə qarşılıqlı fəaliyyətə yönəlib.

Yayımlarda Qazaxıstan hökumət başçısının Trans-Əfqanıstan dəmir yolunun regionun iqtisadi inkişafı üçün əhəmiyyətini vurğuladığı bildirilir. Oljas Bektenovun “Turqundi–Herat” dəmir yolu xəttinin tikintisinə Qazaxıstanın sərmayə yatırmağa hazır olduğunu bildirdiyi fikirlərə yer verilir.

“Qazaxıstan Respublikası hökuməti bu layihənin həyata keçirilməsi ilə bağlı niyyətlərini təsdiq edir. Yaxın vaxtlarda tərəflər arasında müvafiq memorandum imzalanacaq”, – deyə Baş nazirin sözləri mediada sitat gətirilir.

Baxış sayı: 4 351

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə