Hörmətli Leyla xanım,

Sizi doğum gününüz münasibətilə ən səmimi qəlbdən təbrik edirəm!

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, yeni-yeni uğurlar və tükənməz enerji arzulayıram. Sizin zəngin fəaliyyətiniz, xeyirxahlığınız və yüksək insani dəyərlərə sadiqliyiniz cəmiyyətdə böyük rəğbət və hörmət qazanıb. Sosial layihələriniz, ekologiyanın qorunması, mədəni irsimizin təbliği və ehtiyacı olan insanlara daim qayğınız nümunəvi və alqışalayiqdir.

Sizin kimi vətənpərvər, yaradıcı və xeyirxah insanların fəaliyyəti sayəsində ölkəmizdə humanizm ideyaları daha da geniş yayılır. Sizin təşəbbüsləriniz cəmiyyətimizdə həmrəyliyi, mərhəməti və mənəvi dəyərləri gücləndirir.

Doğum gününüz münasibətilə Sizə uzun ömür, uğurlar və yeni nailiyyətlər diləyirəm. Hər zaman sevdiklərinizin əhatəsində xoşbəxt və sağlam olun!

Hörmətlə və ən xoş arzularla,

ARHD.AZ ictimai-siyasi saytının rəhbəri 
Beynəlxalq Hüquq Eksperti 
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baxış sayı: 8 804

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə