PUA uçuş məlumatlarının məxfiliyinin qorunmasına dair tədqiqat aparılıb

Bakı, 1 iyul, ARHD.AZ




PUA uçuş məlumatlarının məxfiliyinin qorunmasına dair tədqiqat aparılıb


Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və institutun doktorantı Orxan Vəlixanlının həmmüəllifi olduqları “Yüngülçəkili kriptoqrafiya və təsvir steqanoqrafiyasından istifadə etməklə PUA uçuş məlumatlarının məxfiliyinin qorunması” (Securing UAV Flight Data Using Lightweight Cryptography and Image Steganography) adlı məqalə “Web of Science” bazasına daxil olan “International Journal of Advanced Computer Science and Applications” nəşrində çap olunub.

İnstitutdan ARHD.AZ-a bildirilib ki, təklif olunmuş yanaşmada PUA-ların uçuş məlumatlarının məxfiliyinin qorunması üçün kriptoqrafik və steqanoqrafik metodlardan istifadə edilib. Əvvəlcə PUA uçuş məlumatları müxtəlif kriptoqrafik metodlardan istifadə olunaraq şifrlənib, daha sonra isə şifrlənmiş məlumatlar steqanoqrafik alqoritmin tətbiqi ilə havadan çəkilmiş şəklin daxilində gizlədilib.

Metod və alqoritmlərin tətbiqi prosesində PUA-ların resurslarının (əməli yaddaşın həcmi, prosessorun sürəti və s.) limitli olmasına xüsusilə diqqət yetirilib, icra sürəti ilə təhlükəsizlik arasındakı balans qorunub saxlanılıb. Bundan əlavə, ilkin (ing. seed) qiymətinin generasiyası alqoritmi də təklif olunub. Tədqiqat işinin effektivliyinin qiymətləndirilməsi üçün müxtəlif növ metrikalardan da istifadə edilib. Əldə olunmuş nəticələr mövcud tədqiqat işləri ilə müqayisədə daha yüksək nəticələr göstərib.

“International Journal of Advanced Computer Science and Applications” jurnalı “WoS” və “Scopus” bazalarında indeksləşir və elmmetrik göstəricilərə malikdir.

Baxış sayı: 7 571

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə