Müəllimlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib

Bakı, 20 iyun, ARHD.AZ





Müəllimlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib


İyunun 20-də müəllimlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən ARHD.AZ-a bildirilib ki, test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 3300 nəfər müəllim iştirak edib, 90 faiz davamiyyət qeydə alınıb.

Bu gün təşkil olunan test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna saat 19:00-dan etibarən başlanılacaq. Müəllimlər “portal.edu.az” platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Baxış sayı: 4 332

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə