Bakı, 20 iyun, ARHD.AZ





Energetika naziri Qusarda vətəndaşların müraciətlərini dinləyib


Energetika naziri Pərviz Şahbazov Qusarda vətəndaşların müraciətlərini dinləyib.

Nazirlikdən ARHD.AZ-a bildiriblər ki, Qusar rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş görüşdə vətəndaşların elektrik şəbəkəsinə qoşulma, elektrik enerjisi və təbii qaz təchizatı, elektrik xətlərinin çəkilişi, qurğu və avadanlıqların istismar vəziyyəti, kabelləşdirmə, enerji təchizatında yaranan fasilələr, işlə təminat, kiçik su elektrik stansiyasının tikintisi ilə bağlı layihə təklifi və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Quba, Qusar və Xaçmazdan olan 37 vətəndaş iştirak edib.

Baxış sayı: 4 542

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə