Bakı, 11 iyun, ARHD.AZ



2-ci Türk Ticarət Sərgisində yerli KOB-ların məhsullarının xarici bazarlara ixracına dəstək verilir


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək məqsədilə Bakı Ekspo Mərkəzində keçirilən Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və 2-ci Türk Ticarət Sərgisində xüsusi stendlə təmsil olunur.

KOBİA-dan ARHD.AZ-a bildirilib ki, agentliyin stendində 10-a yaxın KOB subyektinin əl işləri, Qarabağ abidələrini əks etdirən keramik sənət nümunələri, məntiq oyunları, alkoqolsuz içkilər, parfüm, tekstil məhsulları, bağ və ev dekorları, gigiyenik vasitələr, kərə yağı və s. məhsul və xidmətlər nümayiş etdirilir.

Bundan başqa, stenddə sosial baxımdan həssas kateqoriyaya aid şəxslərin məhsulları da sərgilənir. Məqsəd yerli KOB-ların məhsullarının xarici bazarlara, o cümlədən Türk dövlətlərinə ixracına, onların müvafiq ölkələrlə biznes əlaqələrinin qurulması və genişləndirilməsinə dəstək olmaqdır.

Qeyd olunub ki, forum-sərgi iyunun 12-dək davam edəcək. Forumda “Türk dövlətləri iqtisadiyyatı”, “Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları”, “Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya”, “Türk dövlətlərində rəqəmsal ticarət”, “Türk dünyası biznes qadınları zirvəsi”, “Akademik istiqamətlər”, “Startaplar və investisiyalar”, “Türk dünyasında medianın gücü” mövzularında panel müzakirələr təşkil olunacaq. Sərgi hissəsində isə 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət, enerji, “yaşıl iqtisadiyyat”, turizm, rəqəmsallaşma və digər sahələr üzrə məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilir.

Baxış sayı: 5 437

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə