Bakıda küləyin maksimal sürəti saniyədə 28 metrə çatır –  FAKTİKİ HAVA

Bakı, 3 iyun, ARHD.AZ



Bakıda küləyin maksimal sürəti saniyədə 28 metrə çatır – FAKTİKİ HAVA


İyunun 3-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə edilir.

Bu barədə ARHD.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Ağdam, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Tərtər, Mingəçevir, Göygöl, Yevlax, Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, İmişli, Şamaxı, Ağsu, Qəbələ, Şəki, Zaqatala, İsmayıllı, Xınalıq, Qrız, Qusar, Quba, Xaltan, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Şahdağa isə qar yağması müşahidə edilir.

Saat 16:21-16:24 radələrində Xankəndi şəhərinə diametri 8-10 millimetr olan dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Zərdabda 18, Sabirabadda 17, Naxçıvanda 16, Cocuq Mərcanlı və Şamaxıda saniyədə15 metrə çatır.

 

Baxış sayı: 4 348

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə