Ukrayna F-16 qırıcılarının yeni partiyasını qəbul edib

Kiyev, 20 mart, ARHD.AZ



Ukrayna F-16 qırıcılarının yeni partiyasını qəbul edib


Ukrayna Hərbi Hava Qüvvələri F-16 qırıcılarının yeni partiyasını qəbul edib.

ARHD.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlər üçün onlayn brifinqdə məlumat verib. Volodimir Zelenskinin sözlərinə görə, Ukraynanın azı 128 ədəd F-16 qırıcısına ehtiyacı var.

Qeyd edək ki, 2023-cü ildə Ukrayna və müttəfiqləri F-16 döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi üçün hava koalisiyası yaradıblar. 2024-cü ildə tərəfdaşların ilk F-16 qırıcıları Ukraynaya gəlib. Ukraynanın dəqiq neçə təyyarə aldığı məlum deyil. Ukraynaya ilk F-16-ları Niderland və Danimarka təhvil verib.

Baxış sayı: 6 544

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə