Lənkəran, 19 mart, ARHD.AZ



Lənkəranın Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB


Lənkəran rayonunun Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub.

Bu barədə ARHD.AZ-ın bölgə müxbirinə kənd sakinləri məlumat veriblər.

Qeyd edək ki, günorta saatlarında güclü külək nəticəsində iri gövdəli ağac aşaraq elektrik xətlərində problem yaratmışdı. Aidiyyəti qurumlar tərəfindən lazımı tədbirlər görülərək işıqsız qalan kəndə elektrik enerjisinin verilişi bərpa edilib.

12:33

Lənkəranda ağac magistral yola aşıb.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu səhər Lənkəranda güclü külək Lənkəran-Boradigah-Masallı magistralının Vilvan kəndi ərazisində irigövdəli ağacı yola aşırıb. Nəticədə kəndin elektrik təsərrüfatına ciddi ziyan dəyib, abonentlər işıqsız qalıb.

Əraziyə aidiyyəti qurumlar cəlb olunub. Ağacın magistral yoldan götürülməsi və kəndin elektrik enerjisinin bərpası üçün işlər aparılır.

Qeyd edək ki, hazırda rayon ərazisində külək səngiyib. Günəşli hava müşahidə olunur.

Baxış sayı: 5 656

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə