Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

Bakı, 17 mart, ARHD.AZ



Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi növbəti dəfə uğur qazanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, Agentlik Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu iESE (Improvement and Efficiency Social Enterprise) təşkilatı tərəfindən “iESE Dövlət Sektorunun Transformasiyası Mükafatı”na layiq görülüb.

Agentliyin mühüm rəqəmsal sosial layihələrindən olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) müsabiqənin “Rəqəmsal, texnologiya və məlumat analizindən ən yaxşı istifadə” və “İnnovasiya” nominasiyaları üzrə ətraflı təhlil edilib və qalib seçilib.

Qeyd edək ki, 2024-cü ildə də ƏMAS təşkilat tərəfindən mükəmməllik sertifikatına layiq görülüb.

Baxış sayı: 5 322

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə