DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

Bakı, 15 mart, ARHD.AZ



DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir


Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Ünvan : Bakı ş. Xətai rayonu 8 Noyabr prospekti 69.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590 64 68, (012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52.

Baxış sayı: 5 730

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə