Britaniyalı lord: Parlamentdə “Azərbaycanın dostları qrupu”nun yaradılması əlaqələrin güclənməsinə təkan verəcək

London, 6 mart, ARHD.AZ



Britaniyalı lord: Parlamentdə “Azərbaycanın dostları qrupu”nun yaradılması əlaqələrin güclənməsinə təkan verəcək


Parlamentdə “Azərbaycanın dostları qrupu”nun yaradılmasından böyük məmnunluq duyuram. Bu qrup artıq mövcud olan güclü Azərbaycan-Britaniya əlaqələrini daha da möhkəmləndirəcək.

Bu sözləri AZƏRTAC-ın London müxbirinə açıqlamasında Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü lord David Evans deyib.

“Bildiyiniz kimi, iki ölkə çox yaxşı dostdur və birlikdə uğurla çalışırıq. Böyük Britaniya Azərbaycandakı ən böyük investordur. Mən dostluq qrupunun iki ölkə arasındakı mövcud əlaqələri daha da gücləndirəcəyinə inanıram”, - deyə lord Evans qeyd edib.

Baxış sayı: 4 365

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə