Zelenski: Ukrayna və Avropa sülhə nail olmaq üçün plan hazırlayır

Kiyev, 5 mart, ARHD.AZ



Zelenski: Ukrayna və Avropa sülhə nail olmaq üçün plan hazırlayır


Ukrayna və Avropa ədalətli, davamlı sülhə nail olmaq istiqamətində ilk addımlar üçün plan hazırlayır. Bu plan tezliklə hazır olacaq.

ARHD.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram sosial səhifəsində yazıb. "Biz ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün ilk addımlar üçün plan hazırlayırıq. Biz bunun üzərində sürətlə işləyirik. O, yaxın vaxtlarda hazır olacaq", - deyə Prezident qeyd edib.

Zelenski vurğulayıb ki, Avropanın müharibəni dayandırmaq və təhlükəsizliyi təmin etmək üçün ümumi baxışı var. Bu, Ukrayna və ABŞ-ın gələcək danışıqlar masasında olmalıdır. "Biz, həmçinin Ukraynadan ərzaq təşəbbüsümüzün həyata keçirilməsi barədə danışdıq. Sloveniya Suriya xalqını dəstəkləmək üçün səylərimizə qoşulur",- deyə Zelenski əlavə edib.

Baxış sayı: 4 355

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə