Serbiya ilə iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub

Bakı, 4 mart, ARHD.AZ


Serbiya ilə iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub


İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın iqtisadiyyat naziri Adriyana Mesaroviç ilə videokonfrans formatında görüşüb.

Nazirlikdən ARHD.AZ-a bildirilib ki, görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır.

Tərəflər ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ikitərəfli ticarət, investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Baxış sayı: 5 345

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə