BDU və Türkiyənin Üsküdar Universiteti Azərbaycan milli mətbuatının150 illiyinə həsr olunan beynəlxalq konfrans keçirəcək

Bakı, 4 mart, ARHD.AZ



BDU və Türkiyənin Üsküdar Universiteti Azərbaycan milli mətbuatının150 illiyinə həsr olunan beynəlxalq konfrans keçirəcək


Bakı Dövlət Universiteti və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə mayın 14-16-da Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunan “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

BDU-dan ARHD.AZ-a bildirilib ki, konfransın məqsədi rəqəmsallaşma ilə media istehsalı və istehlakı proseslərinin transformasiyasının insani, sosial, siyasi və mədəni təsirləri haqqında müzakirələr açmaqdır. Bu transformasiyanın mahiyyətinin, media ekosisteminə təsirlərinin və qlobal səviyyədə gətirəcəyi nəticələrin ətraflı şəkildə müzakirə olunacağı konfransın kommunikasiya və media sahəsində araşdırmalara əhəmiyyətli töhfə verməsi hədəflənir.

Konfransda “Rəqəmsal media və kommunikasiya tədqiqatları”, “Rəqəmsal media və məzmun istehsalı”, “Rəqəmsal əsrdə kommunikasiya təhsili”, “Rəqəmsallaşma və televiziya”, “Rəqəmsallaşma və jurnalistika”, Sosial media işi” və digər mövzular ətrafında məruzələr dinləniləcək.

Baxış sayı: 3 573

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə