İlahiyyat İnstitutunun tələbələri arasında esse müsabiqəsi keçirilir

Bakı, 4 mart, ARHD.AZ



İlahiyyat İnstitutunun tələbələri arasında esse müsabiqəsi keçirilir


Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında esse müsabiqəsi keçirilir.

İnstitutdan ARHD.AZ-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tələbələr “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda esselərini aprelin 30-dək [email protected] ünvanına göndərməlidirlər.

Müsabiqəyə təqdim edilən esselər “MS Word” proqramında, “Times New Roman” şrifti ilə 12 ölçüdə tərtib olunmalıdır.

Esseler Azərbaycan dilində yazılmalı və söz sayı 700-1000 aralığında olmalıdır.

Təqdim edilən esselərin seçimi münsiflər heyəti tərəfindən müəyyən olunacaq. İlk 3 (üç) yerin qalibi mükafatlandırılacaq.

Baxış sayı: 6 545

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə