“Azərkosmos”: “Azersky 2” peykini Azərbaycanda hazırlanmış ilk böyük peyk layihəsi kimi həyata keçməyi planlaşdırırıq

Bakı, 4 mart, ARHD.AZ


“Azərkosmos”: “Azersky 2” peykini Azərbaycanda hazırlanmış ilk böyük peyk layihəsi kimi həyata keçməyi planlaşdırırıq


İllər öncə kosmosa peykimiz göndərilən zaman yerli mütəxəssislərimiz çox az olduğu üçün bu işə xaricdən mühəndislər cəlb olunmuşdu. Lakin hazırda peyk idarəetmə üzrə mütəxəssislərin hazırlanması ölkəmizdə “Azərkosmos” tərəfindən həyata keçirilir. Bu işdə Azərbaycan Mühəndislik Akademiyasının rolu danılmazdır.

ARHD.AZ  xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov “Ümumdünya Mühəndislik Günü” münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“2013-cü ildə “Azərkosmos” fəaliyyətə başlayanda 80-dən çox əməkdaş var idi. Hazırda “Azərkosmos”un 230-dan çox əməkdaşı var. İşçilərin 35 faizi xanımlardır”, - deyə Dunay Bədirxanov əlavə edib.

“Azersky 2” proqramı barədə danışan D.Bədirxanov bildirib ki, proqramın əsas məqsədi Azərbaycanın yeni tələblərə uyğun 2 yüksək ayırdetməli optik peykinin buraxılmasıdır: “Bu proqram çərçivəsində mütəxəssislərimiz yeni biliklər əldə edəcəklər. Belə ki, mütəxəssislərimiz peyk istehsalçılarının yanında olacaq, peykin necə layihələndirilməsi, yığılması və zavoddan sınaqdan keçirilməsini öyrənəcəklər. Sonra həmin mütəxəssislər proqramın ikinci peykini Azərbaycanda icra edəcəklər. Bu o deməkdir ki, artıq “Azersky 2” peykini biz Azərbaycanda hazırlanmış ilk böyük və ciddi peyk layihəsi kimi həyata keçməyi planlayırıq. Bunun üçün Kosmik Aparatların İnteqrasiya və Sınaqdan Keçirilməsi Mərkəzinin yaradılması ilə məşğuluq”.

Bakı teleportu barədə də məlumat verən D.Bədirxanov deyib ki, yerüstü stansiyanın xidmətlərini C və Ku-band ilə Avropa, Orta Şərq, Mərkəzi Asiya və Afrika regionlarına çatdırmaq mümkündür.

Baxış sayı: 4 535

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə