Bakı, 3 mart, ARHD.AZ



Azərbaycan dinlərarası münasibətlərə töhfə verən bir sıra təşəbbüslərlə çıxış edir


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılığı ilə Rumıniyada səfərdə olan nümayəndə heyəti Rumıniya Pravoslav Patriarxal Kilsəsini ziyarət edib.

Komitədən ARHD.AZ-a bildirilib ki, daha sonra nümayəndə heyəti Rumıniya Patriarxının müavini Varlaam Ploieşti ilə görüşüb. Varlaam Ploieşti nümayəndə heyətini qəbul etməkdən məmnunluğunu ifadə edib.

Rumıniya ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunan Varlaam Ploieşti multikulturalizmin mərkəzi kimi tanınan, dini-milli zəmində qarşıdurmanın heç vaxt olmadığı Azərbaycanın dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verən bir sıra təşəbbüslərlə çıxış etməsini yüksək dəyərləndirib.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın nümunəvi dövlət-din münasibətləri, dinlərarası harmoniya, eləcə də dinc birgəyaşayış sahəsində əldə etdiyi uğurlar barədə danışıb. Bildirib ki, ölkəmizdə mütərəqqi dini dəyərlərin qorunması, vicdan və dini etiqad azadlığının təmin edilməsi, müxtəlif konfessiyalar arasında həmrəyliyin dərinləşməsi üçün yaradılmış qanunvericilik bazası dinlərarası dialoqun hüquqi-siyasi əsasını təşkil edir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir.

Baxış sayı: 3 456

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə