Gürcüstan MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxıb

Bakı, 3 mart, ARHD.AZ



Gürcüstan MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxıb


Gürcüstan MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxıb.

ARHD.AZ xəbər verir ki, bu barədə sərəncamı ölkənin Baş naziri İrakli Kobaxidze imzalayıb.

Hökumət saytında dərc olunan sənəddə qeyd olunur ki, Gürcüstanın Xarici İşlər Nazirliyi sazişin ləğvi barədə dərhal prezidentə, parlamentə və MDB-nin rəhbər orqanına məlumat verməyə borcludur.

Xatırladaq ki, Gürcüstan 2009-cu ildə MDB-nin tərkibindən rəsmən çıxıb, lakin bəzi sazişlərdə iştirak etməyə davam edib.

2024-cü ilin oktyabrında MDB-nin Baş katibi Sergey Lebedev bildirib ki, Gürcüstan təşkilat çərçivəsində iqtisadi sahədə münasibətləri tənzimləyən 34 sazişdə iştirakını qoruyub saxlayıb.

Baxış sayı: 4 845

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə