İstanbul, 3 mart, ARHD.AZ



Nazir Emin Əmrullayev Türkiyənin bir neçə ali təhsil müəssisəsində olub


Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində bu ölkənin bir neçə aparıcı ali təhsil müəssisəsini ziyarət edib.

ARHD.AZ xəbər verir ki, nümayəndə heyəti Türkiyənin İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal və Koç Universitetinin rektoru Metin Sitti ilə görüşüb. Görüş çərçivəsində tərəflər universitetlərarası əməkdaşlıq perspektivlərini müzakirə edib. Həmçinin sözügedən universitetlərin maddi-texniki bazası və laboratoriyaları ilə tanışlıq olub.

Elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Gəbzə Texniki Universitetinin rektoru Hacı Ali Mantar və Yıldız Texniki Universitetinin rektoru Eyüp Debik ilə də görüşüb. Tərəflər Türkiyə və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Daha sonra nazir Emin Əmrullayev bu universitetlərin tədris şəraiti, maddi-texniki bazaları və laboratoriyaları ilə yaxından tanış olub.

Baxış sayı: 6 006

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə