“ASAN xidmət”in Pakistanda tətbiqi müzakirə olunub

Bakı, 3 mart, ARHD.AZ



“ASAN xidmət”in Pakistanda tətbiqi müzakirə olunub


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə Pakistanın səfiri Qasım Mohiuddin arasında görüş keçirilib.

Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin “ASAN xidmət” mərkəzinə ziyarətinin davamı olaraq həyata keçirilən görüş zamanı tərəflər arasında “ASAN xidmət” modelinin Pakistana ixrac olunmasına dair müzakirələr aparılıb.

Səfir, öz növbəsində, bu modelin onda yüksək təəssürat yaratdığını və həmin təcrübənin Pakistanda tətbiq olunmasına dair əməli fəaliyyətin həyata keçirilməsinə hazır olduqlarını bildirib, habelə bu istiqamətdə ikitərəfli sazişin yaxın zamanda imzalanmasını təklif edib.

Baxış sayı: 4 059

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə