Bakı, 3 mart, ARHD.AZ


Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərliyi ilə Rumıniyada səfərdə olan nümayəndə heyəti bu ölkədə dini ibadət yerlərini ziyarət edib.

Dövlət Komitəsindən ARHD.AZ-a bildirilib ki, nümayəndə heyəti martın 2-də Sinaia şəhərində Rumıniya pravoslav kilsəsinə məxsus Sinaia, Buşteni şəhərində "Müqəddəs Xaç" Karayman monastırlarını və Braşov şəhərində yerləşən Auqsburg Konfessiyası Yevangelist kilsəsinə məxsus "Qara kilsə"ni ziyarət edib.

Ziyarət zamanı Azərbaycan nümayəndə heyətinə Rumıniyanın dini icmalarının fəaliyyəti və kilsələrin tarixi barədə geniş məlumat verilib.

Komitənin sədri dini ibadət yerləri ilə tanışlıq zamanı dini icma rəhbərlərinə ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi üçün yaradılan şərait, Azərbaycanda mövcud olan uğurlu dövlət-din münasibətləri modeli, habelə ölkəmizin konfessiyalararası anlaşma və dinlərarası dialoqun təşviqi sahəsindəki beynəlxalq təşəbbüslərindən bəhs edib. O, Azərbaycanla Rumıniya arasında bütün digər sahələrdə olduğu kimi, dini məsələlər və multikulturalizm ənənələrinin təşviqi istiqamətində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirib.

Baxış sayı: 4 639

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə