Bakı, 3 mart, ARHD.AZ


AZSTAND SOCAR-ın “Neftqaztikinti Tresti”ni sertifikatlaşdırıb


Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti Tresti”nin inteqrə olunmuş idarəetmə sistemini yenidən sertifikatlaşdırıb.

AZSTAND-dan ARHD.AZ-a bildirilib ki, bu məqsədlə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”, ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” və ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” standartları əsasında uyğunluğun qiymətləndirilməsi xidmətləri göstərilib.

Qeyd edək ki, AZSTAND sertifikatlaşdırma xidmətlərini həyata keçirməklə müəssisə və təşkilatlarda tətbiq olunan idarəetmə sistemlərinin dövlət və beynəlxalq standartların tələblərinə uyğunluğunu yoxlayır, onların təkmilləşdirilməsinə dəstək olur.

Baxış sayı: 6 346

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə