Bakı, 1 mart, ARHD.AZ


SOCAR-ın təşkilatçılığı ilə neft sənayesi arxivinin 100 illiyi münasibətilə tədbir təşkil olunub


SOCAR-ın təşkilatçılığı ilə neft sənayesi arxivinin 100 illiyi münasibətilə tədbir təşkil olunub.

SOCAR-dan ARHD.AZ-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları “Heydər Əliyev və neft strategiyası” və retro arxiv sənədlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə Ümummilli Liderin təşəbbüsü ilə hazırlanan və imzalanan “Əsrin müqaviləsi” sənədinin, “Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında”, “Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişlərin əsilləri və digər tarixi sənədlər nümayiş etdirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə SOCAR aparatının rəhbəri Hafiz Zeynalovun, Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənovun, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərovanın, SOCAR Mərkəzi Arxivinin müdiri Ağəli Hüseynovun çıxışları dinlənilib.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi enerji siyasətinin ölkəmizin hərtərəfli inkişafındakı rolundan danışılıb. Ümummilli Lider tərəfindən dövlətçiliyimizin möhkəmləndirilməsində arxivlərin rolunun daim yüksək qiymətləndirildiyi, Ulu Öndərin "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” 2 dekabr 2002-ci il tarixli Fərmanının maddi-texniki təminatın əsaslı olaraq yenilənməsini təmin etdiyi vurğulanıb, həmçinin bu sahədə qanunvericilik bazasının formalaşdırıldığı bildirilib. Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət nəticəsində ölkəmizdə ən müasir texnologiyalara əsaslanan arxiv işinin təşkili istiqamətində görülən işlərdən, əldə olunan uğurlardan bəhs edilib. Hazırda arxiv işinin təşkili üzrə dövlətin dəstəyi ilə həyata keçirilən tədbirlərin önəmi qeyd olunub.

Eyni zamanda, SOCAR-da arxiv işi üzrə rəqəmsallaşdırma, sənədlərin mühafizəsi və təhlükəsizliyi istiqamətlərində atılan addımlar barədə məlumat verilib. SOCAR-ın Baş ofisi ilə yanaşı, müəssisələrdə də bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və hərtərəfli inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Tədbir çərçivəsində “Neft tarixinin sənədləri” və SOCAR-ın Mərkəzi arxivində müasir texnoloji avadanlıqlarla sənədlərin rəqəmsallaşdırılmasını, həmçinin sənədlərin təhlükəsiz şəraitdə mühafizəsinin təşkilini özündə əks etdirən “Gələcək nəsillər üçün qorunan tarix” adlı videoçarxlar nümayiş etdirilib.

Baxış sayı: 5 466

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə