March 1, 2025 ARHD.AZ



Vyetnam ABŞ-nin rüsumlarından yayınmaq üçün “Starlink”ə lisenziya verilməsini sürətləndirir

Vyetnamın Baş naziri Fam Min Çin hökumətə pilot proqram çərçivəsində ölkədə peyk internet xidmətləri göstərmək üçün İlon Maskın “Starlink” şirkətinə tez bir zamanda lisenziya verilməsini tapşırıq verib. 

Bu barədə “ARHD.AZ” “Reuters”ə istinadən xəbər verir. 

Agentliyin məlumatına görə, Hanoy sürətlə böyüyən ixracatına ABŞ tərəfdən rüsumlar tətbiq edilməsindən yayınmağa çalışır. Belə ki, keçən il Vyetnam ABŞ ilə ticarətdə ticarət balansının ən yüksək müsbət saldosunu əldə edib. Bu isə Vyetnamı ABŞ Prezidenti Donald Trampın daha əvvəl elan etdiyi mümkün cavab tədbirləri qarşısında həssas edir. 

“Baş nazir Elm və Texnologiya Nazirliyinə “Starlink” şirkətinin internet xidmətləri üçün eksperiment əsasında dərhal lisenziya verilməsinə dair tapşırıq verib”, - hökumət öz saytında bildirib. Qeyd edilib ki, Çin paytaxtda Amerika şirkətləri ilə danışıqlar aparıb. 

Xatırladaq ki, fevralda Vyetnam parlamenti peyk internet şirkətlərinə ölkədə xidmətlər göstərməyə icazə verən müvəqqəti sxemi təsdiqləyib. Amma eyni zamanda şirkətlər yerli törəmə şirkətləri üzərində tam nəzarəti əldə saxlayacaqlar - bu, Maskın qoyduğu ilkin şərt idi. 

Çin iş adamlarını əmin edib ki, Vyetnam təyyarə, silah, mayeləşdirilmiş təbii qaz, kənd təsərrüfatı malları və əczaçılıq məhsullarının potensial idxalını əsas gətirərək, ticarət profisiti balansını bərpa etmək üçün addımlar atır.

Baxış sayı: 5 645

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə