Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam etdirilir

Bakı, 28 fevral, ARHD.AZ


Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam etdirilir


Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ARHD.AZ-a bildirilib ki, araşdırma zamanı hüquqi şəxs “Kristal Bakı İnşaat” ASC-nin vəzifəli şəxsi tərəfindən işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Bundan başqa, hüquqi şəxs “Olimp-Hospital” MMC, “TİM Consulting” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərinə əməkhaqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində əməkhaqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əməkhaqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə və Dövlət Əmək Müfəttişliyinə göndərilib.

Baxış sayı: 3 435

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə