Eduard Məmmədov Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti təyin olunub.

ARHD.AZ xəbər verir ki, bu barədə dəfələrlə dünya və Avropa çempionu olan idmançının özü məlumat verib.

Belə ki, AKF-nin fəxri prezidenti Adil Əliyevin iştirakı ilə baş tutan tədbirdə Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov isə digər vitse-prezident təyin edilib. Həmçinin Orxan Əliyev federasiyada prezident vəzifəsini davam etdirəcək.

Qeyd edək ki, Eduard Məmmədov bu vəzifədə kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanovun yerinə gətirilib.

Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum insidentinin "sifarişçisi" kimi saxlanılmışdı.

Həmçinin Fuad Zeynalova hücum etməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov da saxlanılmışdılar.

Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılmışdı.

Baxış sayı: 6 774

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə